Görkəmli alimin yubiley hesabatı

14/11/2009

Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin anadan olmasının 60 illiyi qeyd olunmuşdur. Yubiley yığıncağını giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov alimin mənalı həyat yolundan danışmış, gələcək fəaliyyətində ona daha böyük uğurlar arzulamışdır.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyev "Akademik İsa Həbibbəyli haqqında söz" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi akademik İsa Həbibbəylinin çoxillik elmi-pedaqoji fəaliyyəti, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri, xarici elmi qurumlarla əlaqələrini, mirzəcəlilşünaslığa verdiyi töhfələri barədə ətraflı söz açmışdır.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Ağamusa Axundov, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, akademik Asəf Nadirov çıxış edərək alimin elmi, AMEA-nın təşkilati-pedaqoji sahədəki xidmətlərini yüksək qiymətləndirmişlər.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirmiş, AMEA-nın Mərkəzi elmi-tədqiqat institutları ilə Naxçıvan Muxtar Respublikasındakı elm və ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir.

AMEA-nın Rəyasət Heyətinin binasında Mərkəzi Elmi Kitabxana tərəfindən akademik İsa Həbibbəylinin əsərlərindən təşkil olunmuş sərgi də nümayiş etdirilmişdir.

“Azərbaycan” qəzeti, 14 noyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!