Görkəmli alim Professor Məmmədov Qüdrət Qənis oğlunun 80 illiyi

27/10/2014

Professor Məmmədov Qüdrət Qənis oğlu(anadan olmasının 80 illiyi)

Q.Q. Məmmədov 3 noyabr 1934-cü ildə Şəmkir рayonunun Qaracəmirli kəndində anadan olmuşdur. O, 1945-1955-ci illərdə Qaracəmirli kənd orta məktəbində şagird; 1955-1960-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnsitutunun (hazırki H.Tusi  adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin) fizika-riyaziyyat fakultəsinin tələbəsi olmuş, Riyaziyyat və Fizika müəllimi ixtisası adını qazanmışdır. Universiteti bitirdikdən sonra ona verilən təyinat əsasında bir qədər (8 ay) Bərdə rayonunun Alpout kənd orta məktəbində fzika və riyaziyyat müəllimi işləmişdir. 1961-ci ildə Bakıya gələrək Fizika İnstitunun direktoru akademik H.M.Abdullayevə müraciət edir və Fizika İnstitutunda işləmək arzusunu ona bildirir. Professor H.M. Abdullayev onun institutda necə oxuması, dərs dediyi fənnləri nə dərəcədə bilməsi ilə maraqlanır - hətta ona bəzi suallar da verir. Bunlardan sonra professor H.M.Abdullayev Azərbaycan SSR-nin Təhsil Nazirliyinə məktubla müraciət edərək Q.Məmmədovu Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnsitutuna işə göndərilməsini xahiş etmişdir.

Q.Q. Məmmədov 1961-1985-ci illərdə Fizika İnstitutunda işləmişdir. Burada O, zəngin və şərəfli bir həyat yolu keçmişdir. 1962-1965-ci illərdə Fizika İnstitutunun aspiranturasında oxumuş, 1968-ci ildə “Güclü guruluş anizatropiyasına malik yarımkeçirici kristalların aşağı temperaturlarda istilik xassələri” mövzusunda Fizika İnstitutunun Müdafiə Elmi Şurasında dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi; 1981-ci ildə isə yenə də Fizika institutunun Müdafiə Elmi Şurasında “Güclü quruluş anizatropiyalı kristalların aşağı temperaturlarda qəfəs dinamikası, istilik tutumu və termodinamik xassələri” mövzusunda dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi adını almışdır. Qüdrət müəllimin namizədlik dissertasiya işində aparıcı təşkilat olaraq Rusiyanın Novosibrski Elmi-Tədqiqat Fizika İnstitutu, doktorluq işində isə İoffe adına Leninqrad şəhərinin “Yarımkeçiricilərin fizikası və Texnikası Institutu” təyin olmuşdur. Hər iki İnstitut dissertasiya işləri haqqında yüksək rəy vermişlər. Onu da qeyd edək ki, o dövrə qədər Qüdrət müllim artıq Beyhəlxalq elmi forumlardakı çixişlarına və çap olunmuş əsərlərinə görə görkəmli alimlər arasında özünə kifayət qədər yüksək reytinq qazana bilmişdi. Yeri gəlmişkən göstərmək lazımdır ki, həm namizədlik, həm də doktorluq işinə opponetlik edən alimlər - akademik, professor Y.M.Seyidov; akademik,professor N.N.Sirata; akademik,professor C.Ş.Abdinov; professor A.M.Koseviç; professor B Ya.Suxarevski kimi Dünya şöhrətli alimlər müdafiə şurasında çıxış edərkən dissertasiya işlərinə yüksək qiymət vermişlər. İlk dəfə olaraq Azərbaycanda maye Helium temperaturunda 1,5K-dən başlayan elmi-tədqiqat eksprimental işləri Qüdrət müəllim aparimış və nüfuzlu jurnallarda çap etdirmişdir. Bu növ işlərin böyük əhəmiyyətini akademik, Azərbaycan SSR ElmlərAkademiyasinin prezidenti mərhum H M Abdullayev dəfələrlə qeyd etmişdi.

Fizika İnstitutunda Qüdrət müəllim kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Q.Q. Məmmədov 1985-2008-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi vəzifəsində işləmiş və 2008-ci ildən isə Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunda işləyir. Q.Q. Məmmədov 1970-ci ildə baş elmi işçi, 1989-cu ildə isə Professor rütbələrinə (diplomlarına) layiq görülmüşdür.

Qüdrət müllimin apardığı ciddi tədqiqatların nəticəsində müəyyən olunmuşdur ki, kristal quruluşunda atomlar arasındakı qarşıliqlı təsirin güclü anizotropiyası olan layvari və zəncirvari quruluşlu yarımkçiricilərin və dielektriklərin qəfəs dinamikası, istilik tutumu və termodinamik xassələri adi kristallara nisbətən aşağı temperaturlarda keyfiyyətcə yeni qanunlara tabedir. Onun tərəfindən ilk dəfə olaraq bəzi yarmkeçirici kristallarda ikinci növ faza keçidləri aşkar olunmuş, faza keçidi ərafinda dəqiq təcrübələr apararaq sübut edilmişdir ki, istilik tutumunun gedişində faza keçidi temperaturunun yaxın ətrafında Landau nəzəriyyəsinin göstərdiyi və o dövrdə əksər təqiqatçıların qəbul etdikləri lyambdavari keçid əvəzinə loqarifmik asılılıq müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, ABŞ-nın, Rusiyanın və digər ölkələrin elmi-tədqiqat laboratoriylarında Qüdrət müəllimin aldığı nəticələr ekpertizadan keçirilmiş, və bu nəticələrin tam dogru olduğu təsdiq edilmişdir.

Professor Q.Q. Məmmdov ilk tədqiqatçılardan biri olaraq hazırda volokno optikasında geniş tədbiq olunan silisium əsaslı oksidlərdə kationların izomorf və qeyri-izomorf  əvəzlənməsinin onların istilik və optik xassələrinə təsirini öyrənmiş, bu sahədə olduqca əhəmiyyətli nəticələr alınmışdır. 1979-1985-ci illə SSRİ Nazirlər Kabineti Prezidiumunun və Azərbaycan Elmlər Akademiyası Prezidiumunun qərarları əsasında professor Q.Q. Məmmədovun rəhbərliyi altında volokno optikası sahəsində xüsusi təyinatlı işlər yerinə yetirilmişdir.

BDU-nun Fizika Problemləri İnstitutunda professor Q.Q. Məmmədov Abşeron yarımadasının neft-qaz tullantıları ilə çirklənmiş torpaqlarda radioekoloji tədqiqatlarla məşğul olmağa başlayır. Məsələnin mahiyyəti ondan ibarət idi ki, neft-qaz tullantılarının tərkibində zərərli və uzun müddət radioaktiv şüalar buraxan radionüklidlər mövcuddur. Bunların nəticəsində sonralar aşkar olunduğu kimi Abşeron ərazisinin bəzi torpaqlarında radiasiya fonu çox yüksək olan-hətta müəyyən ərazilərdə normadan 100 dəfələrlə yuxarı olan lokal ərazilər mövcuddur. Onu da qeyd edək ki, radiasiya fonunun normadan azacıq artıq olması belə canli orqanizmlərdə genetik dəyşikliyə, daha yüksək dozalarda isə Onkoloji xəsttəliklərə gətirib çıxarır. Lakin bütün bunlara baxmayaraq uzun illər neftlə çirklənmiş Abşeron torpaqlarında radioekoloji tədqiqatlar aparılmamışdır. Bu sahədə 80-ci illərin sonlarında keçmiş SSSİ-nin səlahiyətli orqanlarının rəhbərliyi altında aparılan Aerokosmik tədqiqatların nəticələri barəsində isə “məxvilik” pərdəsi altında əhaliyə heç bir məlumat verilməmişdi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra Respublika Prezidenti cənab İlham Heydər oğlu Əliyev Abşeron torpaqlarının neft-qaz tullantılarından və radioaktiv çirklənmələrdən təmizlənməsinə və bərpa edilməsinə dair xüsusi fərmanlar verdi. Bundan sonra Abşeron yarimadasinda müasir səviyyədə ekoloji elmi-tədqiqat işlərı aparılmağa başlanıldı.

Yuxarıda deyilənləri nəzərə alaraq pofessor Q.Q. Məmmədov tərəfindən “Abşeron yarımadasının Bakıətrafı ərazilərdə radioekoloji tədqiqatlar” mövzusunda 3 illik(2009-2012-illər) qrant layihəsi işlənərək Ukrayna Elmi Texneloji Mərkəzinə (Kiyev şəhərinə) göndərilir. Beynəlxalq təşkilat olan UETM-də bu proyekt qəbul olunur, dəyəri 240 min ABŞ dollar olmaqla Kanada Dövləti tərəfindən maliyələşdirilir. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Qüdrət müəllimin rəhbərliyi altında yüksək ixtisasllı mütəxəsislər və alimlər tərəfindən neflə çirklənmiş Abşeron yarımadası ərazilərinin radioekoloji durumuna aid cox ciddi nəticələr alınmışdır. Hazırda 2012-ci ildən başlayaraq FHN-nin və ARDNŞ-nin rəhbərliyi və iştirakı ilə neftlə çirklənmiş ərazilərin təmizlənməsi sahəsində şox böyük işlər görülməkdədir.

Qüdrət müllim 4-monoqrafiyanın, dünyanın və Republikamızın ən mötəbər jurnallarında və nəşriyyatlarında çap olunmuş 100-dən artıq elmi məqalənin, 2-elmi ixtiranın və onlarla patent işlərinin müəllifidir. Onun aldığı nəticələr sorğu kitablarına, monoqrfiyalara düşmüş və by nəticələrə çoxlu sayda istinadlar edilmişdir. Qüdrət müəllim aldığı nəticələrə dair dəfələrlə nüfuzlu Beynəlxalq elmi forumlarda (Rusiya, ABŞ, Fransa və s. ölkələrdə keçirilən) məruzələr etmişdir və bu məruzələr həmişə rəğbətlə qarşılanmışdır. O, 2009-2013-cü illərdə 2 dəfə ABŞ-da, 1-dəfə isə Fansada keçirilən və “Radioekoloji Problemlərə” həsr olunan Beynəlxalq simpoziumlarda Bakıtrafi torpaqların nefitlə çirklənməsi ilə bağlı olan radioekoloji poblemlərə dair ilk dəfə məruzə etmiş və bu poblemin həllinin nə qədər bacib olduğunu sübut etmişdir.

Qüdrət müəllim bir neçə Elmi Şuraların üzvü olmuş, 10 nəfərin doktorluq, 10 nəfərin isə namizədlik işlərinə opponentlik etmişdir. Professor Q.Q. Məmmədov 6 nəfər fizika-riyaziyyat elmləri namizədi hazırlamışdır. Qüdrət müəllim Kommunist Partiyasının üzvü olmuş, 1990-cü ilin yanvar aynda sovet-erməni qoşunlarının Bakida törədikləri qırğına etiraz əlaməti olaraq partiya üzvülüyündən imtina etmişdir. O, aşağıda göstərilən bir ərizə ilə o dövrdə (21.01.1990-cı il tarixndə) Kirov Rayon Partiya təşkilatına müraciət etmişdi: “Azərbaycan xalqının qeyrətli oğul və qızlarının M.S.Qorbaçovun göstərişi ilə sovet-erməni qoşunları tərəfindən gülləbaran edilməsinə etiraz əlaməti olaraq Kommunist Partiyası üzvülüyündən imtina edirəm.”

Qürət müəllim əmək veteranıdır, Veteran” medalı və “Qarabağ Müharibəsinin Veteranı” medalları ilə təltiv olunmuşdur.

Qüdrət müəllim yaxşı ailə başçısıdır, 2 qızi, bir oğlu və 5 nəvəsi vardır. Qızları həkim, oğlu isə iqtisadçıdır, 2 nəvəsi ali təhsil alır, 2 nəvəsi orta məktəbdə oxuyur,1 nəvəsi isə hələ kiçikdir.

Hal-hazırda pofessor Q.Q.Məmmədov BDU-nun Fizika Problemləri İnstitutunda çalışır. Qüdrət müllimə uzun ömür və sağlam həyat arzulayırıq.

BDU-nun Fizika fakulltəsinin dekanı,  f.e.d., professor M.Ə. Ramazanov

BDU-nun FPİ-nin aparıcı elmi işçisi,        f. r. e.n., dosent  V.H. Bədəlov

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!