Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında memorandum imzalanıb

12/06/2012

Bu gün Bakı Dövlət Universitetində Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma  Memorandumu imzalanıb. BDU tərəfindən Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadze imzalayıblar. Bu əhəmiyyətli sənədə imza atan rektor Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb.

İmzalanan Anlaşma Memorandumu aşağıdakı sahələrdə iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

·        Tədqiqatçı və doktorantların mübadiləsi

·        Professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım

·        Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi

·        İkitərəfli birgə simpozium, seminar və konfrans təşkili

Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı.

Mətbuat və İnformasiya şöbəsi, 12 iyun, 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, modern.az, salamnews.az, SIA, azadinform.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!