“Gənclərin natiqlik məktəbi” layihəsi başa çatıb

08/12/2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin natiqlik məktəbi” adlı layihə başa çatıb. Layihənin əsas məqsədi gənclər arasında natiqlik bacarıqlarına marağın artırılması və Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, özünüifadə vərdişlərinin formalaşmasına nail olmaq, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarının geniş təbliğidir.

Layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi və ali təhsil müəssəsinin tələbələrinin iştirakı ilə keçirilib. Layihə rəhbəri Nicat Kərimov olan və üç gün davam edən maariflənirici seminarda BDU-nun 50-dən çox tələbəsi iştirak edib. Təlimlər zamanı hazırcavablıq, vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması və manipulyasiya yolları əhatə olunub. Layihənin sonunda bütün gənclərə layihə çərçivəsində müvafiq kitabça, buklet və sertifikatlar paylanılıb.

Mətbuat və informasiya şöbəsi, 08 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!