“Gənc İstedadlar”ın “İngilis dili gecəsi”

16/02/2016

Bakı Dövlət Universitetinin “Gənc İstedadlar” liseyində “İngilis dili gecəsi” keçirilib. Liseyin 6b sinif şagirdlərinin təqdimatında baş tutan tədbir aparıcıların açılış nitqi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Liseyin direktoru, professor Qasım Hüseynov tədbirin əhəmiyyəti və ingilis dilinin vacibliyindən danışıb, şagirdləri bu dili daha dərindən mənimsəməyə çağırıb. Professor Qasım Hüseynov tədbirin hazırlanmasındakı xidmətlərinə görə liseyin ingilis dili müəlliməsi Sevinc Mənsimzadənin zəhmətini yüksək qiymətləndirib, eyni zamanda, sinif rəhbəri Könül Şahbazovaya, müəllimlər Kəmalə Əliyeva və Mailə Məmmədovaya təşəkkürlərini bildirib. 
Sonra bir-birindən maraqlı çıxışlar başlayıb. Şagirdlər “Sinderella” və “Bir qalanın sirri” tamaşalarını nümayiş etdirib, «Sarı gəlin» mahnısını səsləndirib, «Azərbaycan» şeirini ifa ediblər. 
Təqdim edilən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda liseyin direktor müavini Məleykə Bayramova maraqlı və məzmunlu tədbirə görə təşkilatçı və iştirakçılara minnətdarlıq edib.

Mətbuat və informasiya şöbəsi, 16 fevral 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!