“Gənc İstedadlar” respublika olimpiadasının qalibləri olublar

02/04/2012

BDU-nun nəzdində fəaliyyət göstərən «Gənc İstedadlar» liseyi 2008-ci ildən respublika olimpiadalarında iş­tirak edir. Lisey həmin ənənəni bu il də davam etdirib və şagirdlər müvafiq yerlərə layiq görülüblər. Belə ki, liseyin 9 və 10-cu sinif şagirdləri Tağıyeva Vəfa Aqil qızı kimya, Abbasova Nərmin Bəxtiyar qızı Azərbaycan dili, Quluzadə Sona Adəm qızı kimya fənni üzrə 1-ci yeri qazanıblar. Liseyin 9-cu sinif şagirdi Əkbərov İsmayıl İbrahim oğlu kimya, 10-cu sinif şagirdi Ömərov Samir Şakir oğlu informatika və 11-ci sinif şagirdi Rəcəbli Əhməd Əlövsət oğlu riyaziyyat üzrə 3-cü yerə layiq görülüblər.

Liseyin şagirdi Quluzadə Sona Adəm qızı MDU-nun Bakı filialında keçirilən yarışlarda yüksək nəticə əldə etdiyinə görə aprel ayının sonlarında Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Men­deleyev olimpiadasında iştirak etmək hüquq qazanıb. Azərbaycandan həmin olim­pi­a­da­da 7 nəfər təmsil olunacaq ki, onlardan 2 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan li­sey və məktəblərdəndir.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!