«GƏNC İSTEDADLAR» LİSEYİ ŞAGİRDLƏRİNİN BÖYÜK UĞURU

12/02/2013

8-9 fevral 2013-cü il tarixdə Bakı və sumqayıt məktəbliləri arasında «Sabahın alimləri» II Respublika müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 73 layihə təqdim edilmişdir. Bakı Dövlət Universiteti nəzdindəki «Gənc istedadlar» liseyinin 14 şagirdi müsabiqəyə 10 layihə təqdim etmişdir: 4 fərdi və hər birində 2 şagird olmaqla 5 kollektiv. Nüfuzlu münsiflər heyətinin geniş müzakirəsindən sonra 8 nominasiya üzrə (kimya, biologiya, fizika, riyaziyyat, ekologiya, tibb, kompyuter elmləri, mühən­dislik) ilk üç yeri tutanlar müəyyən edildi.

II Respublika müsabiqəsində liseyin komandası böyük üstünlüklə qalib gəlmişdir. Liseyin şagirdlərinin təqdim etdikləri layihələrdən üçü birinci yer:

1. Tağıyeva Vəfa Aqil qızı – biologiya üzrə, elmi rəhbər: BDU-nun b.e.d., professor X.Q.Qənbərov.

2. Nurdil Nuru Rauf oğlu və Hacıyev Mustafa Polad oğlu
– kimya üzrə, elmi rəhbər: BDU-nun professoru. M.Ə.Ramazanov.

3. Əliyeva Gülər Rəşad qızı (9c sinif) və Abbasov İbrahim Ədalət      oğlu  – tibb üzrə, elmi rəhbər: ADTU professor Ramiz Axundov

dördü isə ikinci yer:

1. Murtuzova Aytəkin Qabil qızı - fizika üzrə, elmi rəhbər: AMEA-nın dosenti.Ə.Ə.Rəcəbli

2. Yaqubov Rauf Hikmət oğlu və Güləhmədov Məhəmməd Tofiq oğlu -  fizika üzrə, elmi rəhbər: AMEA-nın dosenti M.Ə.Mehrabova

3. Qafarova Cəmilə Cəmaləddin qızı və İsazadə Nigar Ramiz qızı –  kimya üzrə, elmi rəhbər: BDU-nun professor.F.M.Çıraqov

4. Ağayeva Aybəniz Azər qızı və Osmanlı Nuridə Azər qızı – ekologiya üzrə, elmi rəhbər: BDU-nun professoru.F.M.Çıraqov

mükafata layiq görülmüşdür.

Müsabiqənin nəticələrinə əsasən 2013-cü ilin may ayında ABŞ-da keçiri­ləcək «Sabahın alimləri» Beynəlxalq müsabiqədə Respublikamızı təmsil edəcək 3 layihədən 2-si «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsusdur:

1. Tağıyeva Vəfa Aqil qızı

2. Nurdil Nuru Rauf oğlu və Hacıyev Mustafa Polad oğlu


TƏBRİK EDİRİK!!!

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 12 fevral 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!