"Gənc İstedadlar" liseyinin şagirdləri Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında olublar

10/11/2016

Bakı Dövlət Universiteti "Gənc İstedadlar" liseyinin 5b sinif şagirdləri sinif müəlliməsi Mehbapə İbadovanın rəhbərliyi və təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında olublar.

Xüsusi landşaft dizaynı ilə layihələşdirilən, müxtəlif növ dekorativ və meyvə ağacları, kol, çiçək və gül əkilən Eko-Park ilə yaxından tanış olan şagirdlərə qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, İDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti, Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi haqqında məlumat verilib.

Daha sonra şarirdlər Eko park ərazisində ayrılmış xüsusi yaşıllıq sahəsində onlara verilən təlimat əsasında dibçək gülləri əkiblər. Həmin güllər şagirdlərə hədiyyə edilib.  Zirə Cinemada filmin nümayişi ilə davam edən ekskursiya Zirə Gülçülükdə otaq və çöl gülləri, müxtəlif kollar və ağaclarla tanışlıq, otaq güllərinin istixana şəraitində necə yetişdilildiyi haqqında məlumatlarla başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!