"Gənc İstedadlar" liseyində 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

18/01/2013

Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc İstedadlar" liseyində 1990-cı il 20 yanvar faciəsini əks etdirən Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin sərgisi və faciə qurbanlarının anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə liseyin direktoru, professor Qasım Hüseynov açdı, Sonra BDU-nun Tarix kafedrasının müəllimi Nuru Məmmədov maraqlı məruzə ilə çıxış etdi. 20 Yanvar faciəsi ilə bağlı fikirləri ilə, həmçinin, Milli İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova da bölüşdü. Tədbirdə slaydlar nümayiş etdirildi, şagirdlər şerlər səsləndirdilər.

Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsi, 18 yanvar, 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!