Gənc nəslin sağlam yetişməsi üçün dəyərli kitablar

10/03/2011

Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tibb elmləri doktoru, professor Maksud Səfər oğlu Qasımovun Bakı şəhəri aqlomerasiyası əhalisinin və Azərbaycan əhalisinin istirahət (rekreasiya) təminatına, problemlərinə həsr olunmuş bir sıra qiymətli əsərlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Maksud Qasımovun müəllifi olduğu məktəblilərin gigiyenik tərbiyəsi üzrə metodiki göstəriş, Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi-gigiyenik cəhətləri, 100 il hədd deyil, Sağlam həyat tərzi uğrunda və s. əsərlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu əsərlərə tanışlıq müəllifin gənc nəslin sağlam yetişməsinə, vətənə sadiq vətəndaşlar olması işinə böyük töhfədir.

Çıxış edən professor Maksud Qasımov kitablarının təqdimatı üçün yaradılmış şəraitə görə rektora təşəkkür edib. Bildirib ki, işlədiyi bütün vəzifələrdə, qələmə aldığı bütün əsərlərdə onu bir məqam düşündürüb – gənc nəslin sağlam yetişməsi.

Daha sonra çıxış edənlər – «Azərsun» Holdinq Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Kazım Babayev, kafedra müdirləri  - Həbibə Soltanova və Şövqi Göyçaylı kitabların əhəmiyyətini xüsusi qeyd edib, müəllifə elmi yaradıcılıq uğurları arzulayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 10 mart, 2011-ci il.

(Material AzərTac, Azadinform, SİA, SalamNews, 1News.az, navigator.az, informasiya agentlikləri və "Respublika" qəzetində də yayımlanıb – 10-11 mart 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!