“Gənc istedadlar” liseyinin Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

31/12/2010

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.Liseyin şagirdləri dövlət himnini səsləndirdikdən sonra, tədbiri  açıq elan etmək üçün söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilib. İştirakçıları salamlayan rektor Prezident İlham Əliyevin sərəncamına əsasən 2007-ci ildən fəaliyyət göstərən liseyin tarixindən və fəaliyyətindən danışıb.  Hazırda «Gənc İstedadlar»da 475 şagirdin təhsil aldığını bildirən akademik deyib ki, liseyin BDU-nun nəzdində fəaliyyət göstərməsinin əsas məqsədi gəncləri universitet mühitində formalaşdırmaq və ali məktəblərə yola salmaqdır. 2010-cu ildə məzunlarının 100 faizinin ali məktəblərə qəbul olunduğunu söyləyən rektor, liseyin fəaliyyətini yüksək qiymətləndirib.Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bütün dünyada yaşayan həmvətənlərimiz üçün böyük önəm daşıdığını söyləyən rektor liseyin müəllim və şagirdlərini hər iki bayram münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.Sonra bayram liseyin şagirdlərinin ifasında mahnı, şeir və rəqslərlə davam edib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 31 dekabr 2010-cu il.
(Material AzərTAc, APA, SİA, Modern.az informasiya agentlikləri və xəbər portallarında, “Xalq qəzeti”ndə də yayımlanıb – 28-30 dekabr 2010-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!