“Gənc istedadlar” liseyinin şagirdləri Respublika fənn olimpiadasının qalibi olublar

26/04/2017

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri Respublika fənn olimpiadasında iştirak ediblər. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada liseyin yeddi şagirdi - Humay Kərimova,  Fidan Məhərrəmli, Şahmar Səfərli, Şəhla Cəbralova,  Qorxmaz Xəlilov,  Nərmin Əliyeva, Alpturan Ağacan coğrafiya, fizika, kimya, biologiya, Azərbaycan  dili  və ədəbiyyat, informatika fənləri üzrə qalib olublar.

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!