“Gənc istedadlar” liseyində Xocalı faciəsinin 24-cü ildönümü anılıb

25/02/2016

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində  Xocalı Soyqırımına həsr olunmuş tədbirkeçirilib. Soyqırımda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək, ən qəddar və amansız terror hadisələrindən olan faciə barəsində danışıb.

Sonra BDU-nun dosenti Nuru Məmmmədov “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” məruzəsi ilə çıxış edib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxdığını deyən alim tarix boyu erməni separatçıları və qəsbkarlarının xalqımıza qarşı tərətdiyi qətliamlardan bəhs edib.

Daha sonra Xocalı soyqırımı baş verən zaman 7 sinifdə oxuyan və onun canlı şahidi olan “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Niyaz Rəhimov çıxış edib.

Liseyin şagirdləri Ayşən Oruclu və Gülzar Məmmədzadə qanlı olayla bağlı şeirlər söyləyiblər, video-çarx nümayiş etdirilib.

Mətbuat və informasiya şöbəsi, 25 fevral 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!