«Gənc istedadlar» liseyində V sinfə qəbul imtahanları keçirilib

12/06/2010

İyunun 12-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyində V sinfə qəbul imtahanları keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov imtahan başlamazdan öncə şagirdlər və onların valideynləri ilə görüşüb. Məlum olub ki, imtahan verən 600-dən çox şagirddən 40 nəfər ən istedadlısı liseyə qəbul olunacaq. Prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamına uyğun olaraq, 2007-ci ildə yaradılmış bu təhsil ocağında gənclərin istedadlarını, biliklərini daha da inkişaf etdirmək, onları dünya olimpiadalarına hazırlamaq, cəmiyyətimizin inkişafı istiqamətində fəaliyyət göstərmələri üçün lisey kollektivinin böyük əmək sərf etdiyini söyləyən rektor keçən il liseyin ilk buraxılışından danışıb və məzunların hamısının nüfuzlu ali məktəblərə qəbul olunduğunu bildirib. Qeyd edib ki, liseyin şagirdləri davamlı olaraq müxtəlif bilik, intellekt, idman yarışlarına, respublika olimpiadalarına qatılır və qalib olurlar.
Daha sonra rektor Abel Məhərrəmov imtahan keçirilən otaqlarda olub, prosesi izləyib, şagirdlərə bəzi suallar verib. Söhbətdən məlum olub ki, onların bir qismi valideynlərinin, bəziləri orta məktəb müəllimlərinin, digərləri isə bu liseydə təhsil alan yuxarı sinif şagirdlərinin məsləhəti ilə «Gənc istedadlar» liseyini seçiblər. Sonda akademik Abel Məhərrəmov onlara uğurlar diləyib.
Liseyin direktoru, professor Qasım Hüseynov imtahan suallarından 25-nin ana dili, 35-nin riyaziyyat, 10-nun isə ingilis dilindən olduğunu bildirib, nəticələrin iyunun 21-də elan olunacağını diqqətə çatdırıb.
Qeyd edək ki, imtahan prosesində BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev də iştirak edib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 12 iyun 2010-cu il.
(Qəbul imtahanı Modern.az saytında da yayımlanıb – 12 iyun 2010-cu il).

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!