“Gənc istedadlar” liseyində “Son zəng”keçirilib

31/05/2012

Bu gün  Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng”  keçirilib. Rektor, akademik Abel Məhərrəmov müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayıb, bu gözəl  gün münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə şübhə etmir. Akademik Abel Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları bir daha təbirik edib. Daha sonra liseyin direktoru, professor Qasım Hüseynov, lisey Valideyn Komitəsinin sədri, şair Oqtay Zəngilanlı və digərləri çıxış ediblər.

Qeyd edək ki, lisey 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən fəaliyyətə başlayıb. Hazırda liseydə 470 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 nəfər elmi dərəcəli BDU müəllimləri olmaqla 71 nəfər müəllim məşğul olur. Liseyə maraq ildən-ilə sürətlə artır. Bu il liseyin Azərbaycan və rus bölmələrinin V sinfinə 60 nəfər şagirdin qəbulu nəzərdə tutulduğu halda, 960 nəfər ərizə verib. Liseydə üç buraxılış olub və 61 nəfərin hamısı nüfuzlu ali məktəblərə qəbul olublar. TQDK-nın statistik məlumatına əsasən, liseyin 2009, 2010 və 2011-ci il məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında birinci olub.

 

Mətbuat və informasiya şöbəsi, 31 may 2012-ci il.


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!