“Gənc istedadlar” liseyində Bilik günü

15/09/2014

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib. Dövlət himni səsləndikdən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da universitetimizin adına böyük şərəf gətirdiklərini söyləyib. Rektor liseyi bu il bitirən məzunların hamısının nüfuzlu ali məktəblərə qəbul olduğunu, onlardan 13-nün 600-dən yuxarı bal topladıqlarını, 2 nəfərin Prezident təqaüdünə, 3 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb.  A.Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, “Gənc istedadlar” liseyi 2012-2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Ən yaxşı ümütəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olub. Rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şağirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf  gətirəcəyinə ümid etdiyini bildirib. Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar diləyib. Tədbirdə liseyin 5-ci sinfinə  ən yüksək bal toplamış şagird  Əhmədov Vurğun Mais oğlu  çıxış edib.  Sonra söz 2013-2014-cü illərdə “Sabah alimləri” Respublika müsabiqəsinin qalibi, respbulikamızı ABŞ-da təmsil etmiş Nurdil Nuruya verilib. Tədbirin sonunda 2014-2015-ci tədris ilinin ilk zəngi səslənib.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!