“Gənc istedadlar” liseyində bayram tədbiri

26/12/2016

Bakı Dövlət Universiteti “Gənc istedadlar” liseyinin 5-ci sinif şagirdlərinin təqdimatında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib. Liseyin Təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramova şagirdləri və onların valideynlərini salamlayaraq, hər iki bayram münasibətilə direktor, professor Qasım Hüseynovun təbriklərini çatdırıb, yeni ildə uğur və xoşbəxtlik arzulayıb. Liseyin 5-ci sinif şagirdlərinin aparıcılığı ilə davam edən tədbirdə bir-birindən maraqlı təqdimatlar olub. Belə ki, BDU-nun tələbəsi Əlihüseyn Quluzadənin ifasında “Azərbaycan” mahnısı təqdim edildikdən sonra liseyin şagirdləri «Azərbaycanlıların həmrəylik günü», “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirlərini səsləndirib, rəqslər ifa edib, mahnılar oxuyublar. İdmançı şagirdlərin taekvondo və gimnastika hərəkətlərinin nümayişindən sonra 2016-cı ilin yekunu olaraq liseydə keçirilən müsabiqələrin nəticələri açıqlanıb. 5-ci siniflərin hər biri ayrı-ayrı nominasiyalar üzrə qalib olublar. Direktor müavini Məleykə Bayramovanın müsabiqə qaliblərini təbrikindən və diplomlarını təqdim etməsindən sonra uşaqlar Şaxta baba ilə rəqs edib «Yallı» gediblər.

Mətbuat və İnformasiya şöbəsi, 26 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!