“Gənc istedadlar” liseyi ilin ən yaxşı ümumtəhsil məktəblərindəndir

19/11/2013

Bu gün Bakı Dövlət Universitetində Prezident İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin 2012/2013-cü tədris ilində keçirilmiş “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması münasibətlə tədbir təşkil olunub. Əvvəlcə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təməli olan təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışıb. Liseyin fəaliyyəti dövründə əldə etdiyi uğurlardan danışan rektor, indiyədək 5 buraxılışı olan liseyin məzunlarının hamısının dövlət ali məktəblərinə qəbul olduğunu, onlardan bir çoxunun prezident təqaüdünə, qızıl medala layiq görüldüklərini, xarici universitetlərə daxil olduqlarını diqqətə çatdırıb. Eyni zamanda lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlardan da danışıb və bildirib ki, bütün bunların nəticəsidir lisey prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb.

Daha sonra “Lisey inkişaf və yüksəliş yollarında” mövzusunda liseyin direktoru, professor Qasım Hüseynov çıxış edib. Liseyin başlıca vəzifəsinin gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirməkdən ibarət olduğunu deyən Q.Hüseynov liseyə marağın ildən-ilə artmasından, əldə olunan nailiyyətlərdən bəhs edib: “2007-2008-ci tədris ilində liseyin azərbaycan və rus bölmələrin 10 sinfində 200 şagird təhsil alırdırsa, hal-hazırda liseyin 26 sinifində 518 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur ki, onların da 30% elmi dərəcəsi olan təcrübəli müəllimləridir. Fəaliyyəti dövründə liseyin kollektivi bir sıra uğurlar yazanmışdır. Liseydə 5 buraxılış olmuşdur. Məzunların hamısı ali məktəblərə qəbul olmuşdur. Qəbul imtahanlarında liseyi bitirən 142 məzundan 76 nəfər 500-dən, o cümlədən 33 nəfər 600-dən çox bal toplamışdır. Onların 44 nəfəri BDU-da müvəffəqiyyətlə oxuyur. Qəbul imtahanlarındakı nəticələrə dair TQDK-nın verdiyi statistik məlumata əsasən bütün buraxılış illərində liseyimiz məzunlarımızın topladıqları orta bala və fənlər üzrə düzgün cavabların faizinə görə həmişə qabaqcıllar sırasında olmuşdur”. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Təhsil Problemləri İnstitunun direktoru Qulu Novruzovun da çıxışı maraqla dinlənilib. Liseyin müəllimləri adından Kərəm Səfərov, valideynlər adından Murad Axundov çıxış edib. Bədii hissədə isə lisey şagirdlərinin ifasında maraqlı çıxışlar edildikdən sonra, respublikanın xalq artisti Alim Qasımov, müğənni Şəhla Həmidovanın ifaları dinlənilib. Sonda rektor, akademik Abel Məhərrəmov tərəfindən Azərbaycan incəsənətinin görkəmli nümayəndələrinə Bakı Dövlət Universitetinin xatirə hədiyyələri təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!