“Gənc istedadlar” bayraq və konstitusiyadan danışdılar

13/11/2015

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində 6 b sinif şagirdlərinin təqdimatında Dövlət Bayrağı və 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə liseyin direktoru, professorQasım Hüseynov açaraq onun əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsini, onların  milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Tədbir bir-birindən maraqlı kompozisiya ilə davam edib. Şagirdlər çıxışlarında bayraq və vətənlə bağlı çoxsaylı şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirib, maraqlı məruzələr söyləyiblər.  Bildiriblər ki, bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir. Konstitusiya isə dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir.

Sonra tədbirlə əlaqədar videoçarx nümayiş olunub və iştirakçılar liseyin kollektivinə və sinif müəlliməsi Könül Şahbazovaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 13 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!