Gəncə I Sosial İş Forumu

13/06/2014

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosial iş ixtisası üzrə 3-cü kurs tələbələri Lamiyə Rzayeva, Əlibağış Məmmədzadə və Xanbala Əhmədli və Sosiologiya kafedrasının müəllimi, professor Minə Hacıyeva 7 iyun,2014-cü il Gəncə şəhərində Heydər Əliyev Mərkəzində "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş I Respublika Sosial İş Forumunda iştirak ediblər. Forumda prof. M.Hacıyeva "Sosial İşin Texnologiyaları" mövzusunda çıxış edib, Gəncə Dövlət Universiteti tələbələrinin və QHT nümayəndələrinin suallarını cavablandırıb. Forumdan sonra nümayəndə heyəti YAP-ın Gəncə şəhər təşkilatı sədri Naqif Həmzəyev tərəfindən qəbul edilib və sosial iş, sosial iş ixtisasının perespektivləri, bundan əlavə Sosial elmlər və psixologiya fakültəsinin sosial işçi-kadr hazırlığı sahəsində uğurlarını müzakirə  ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyun 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!