Gənc filoloqlar BDU-nu “Heydər Əliyev və Azərbaycan gəncliyi” elmi konfransında uğurla təmsil edib

01/05/2017

Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib. Konfransa respublikanın 14 elm və təhsil müəssisəsindən, o cümlədən YAP-ın rayon təşkilatlarından 100 nəfər gənc tədqiqatçı qatılıb. Plenar iclasda dövlət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, bir sıra xarici ölkələrin səfirləri, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri iştirak edib.

Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 16 nəfərtələbə və magistrantı təmsil edib. Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransa qatılan gənc tədqiqatçılar: Pərvin Eyvazov, Könül Xəlilzadə, Havva Əhmədova, Pərvin Rəhimov, Mərziyə Qasımova, Günel Əhmədova, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Nigar Əliyeva, Aqil Bəkirli, İntizar Balabəyova, Qismət Cəfərov, Günel Quliyeva, Günay İsmayılova, Aytac Həsənova maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Sonra bütün iştirakçılara sertifikatlar və materiallar toplusu tədqim olunub.

Konfransın yekun iclasında BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək belə tədbirlərin gənclər üçün əhəmiyyətini vurğulayıb və bütün qonaqlara öz minnətdarlığını bildirib. Tələbə Elmi Birliyinin sədri, doktorant Pərvin Eyvazov ulu öndər Heydər Əliyev irsinin gənclər tərəfindən araşdırılmasına ciddi önəm verildiyinə, BDU-nun təmsilçilərinə göstərilən diqqətə və qonaqpərvərliyə görə akademik Abel Məhərrəmov, fakültə dekanı dosent Elçin Məmmədov və tələbələr adından təşəkkür edib.

  1. Sonda professor Nurlana Əliyeva ən uğurlu məruzəçiləri diplomla təltif edib. Filologiya fakültəsinin 11 nəfər tələbəsi BSU-nun rektoru tərəfindən diploma layiq görülüb.
  2. Mətbuat və informasiya şöbəsi, 01 may 2017-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!