Gənc alimin uğurları

07/10/2013

2013-cü ildə Bakı Dövlət Universitetinin "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Kamran Mahmudovun yüksək impakt faktorlu beynəlxalq jurnallarda (Chemistry-A European Journal, Journal of Molecular Structure, Inorganic Chemistry Communication, Mendeleev Communication və s.) 12 məqaləsi, o cümlədən Elsevier Nəşriyyatı tərəfindən dərc edilən və son 5 il ərzində impakt faktoru 12,25 olan "Coordination Chemistry Reviews" jurnalında 39 səhifəlik məqaləsi çap edilib. K.T.Mahmudov 2012-ci ildə isə akademik Abel Məhərrəmov və AMEA-nın müxbir üzvü, professor Rəfiqə Xanım Əliyevanın elmi məsləhətçiliyi ilə «Metilen aktiv birləşmələrin arilhidrazonlarının koordinasion kimyası, üzvi çevrilmələri, katalitik və analitik tətbiqləri» mövzusunda 02.00.03 – üzvi kimya və 02.00.02 – analitik kimya ixtisasları üzrə doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07.06.2013-cü il tarixli qərarı  ilə kimya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. O, 2009-cu ildə Portuqaliyanın Elm Fondunun qrantını udub və həmin ildən Lissabon Universitetində (Portuqaliya) Lissabon Elmlər Akademiyasının vitse-Prezidenti akademik Armando J.L. Pombeironun laboratoriyasında çox uğurlu elmi tədqiqat işi aparır və orada Azərbaycanı layiqli təmsil edir.

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!