Geologiya fakültəsinin IV kurs tələbəsi Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclasında iştirak edib

04/05/2017

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının (General Assembly of the European Geosciences Union -EGU2017) iclası keçirilib.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmin mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova, Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükə  şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və EGU-17 Assambleyasının tələbə seksiyasında BDU-nun Geologiya fakültəsinin IV kurs (GK-014R) tələbəsi, GGİ-nin əməkdaşı Elvin Babayev iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və bu sahədə əldə olunmuş nailiyyətləri, elmi yenilikləri müzakirə etməkdir.

Tədbirdə geodinamika və seysmologiya üzrə ayrıca seksiyalar keçirilib, eyni zamanda Yer elmləri sahəsində müasir tədqiqatlar, aktual problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində nümayəndələr ABŞ-ın "Kinemetriks" və Birləşmiş Krallığın "Güralp Systems Limited" şirkətlərinin rəsmiləri ilə görüşüb, həmin şirkətlərin seysmik dalğanı və Yer qabığının ümumi titrəyişlərini ölçən texnologiyaları ilə yaxından tanış olublar.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!