19/12/2017
Bakı Dövlət Universiteti Geologiya fakültəsi Elmi Şurasının 2017-ci ilin yekunlarına dair iclası keçirilib. Əvvəlcə fakültə dekanı, dosent Məhluqə Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda elmi-tədqiqat işlərinin hesabatları, magistrantların dissertasiya mövzularının, elmi rəhbərlərinin təyini və təsdiqi, qış imtahan sessiyasına hazırlıq, tədrisin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, eləcə də, digər cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O, kafedralarda və elmi-tədqiqat laboratoriyalarında illik hesabatlar üzrə yekun nəticələrdən, doktorantların dissertasiya mövzuları ilə əlaqəli yerinə yetirdikləri elmi-tədqiqat işlərindən bəhs edib.
BDU-nun Elm-Tədqiqat Hissəsinin rəisi, dosent İzzət Əfəndiyeva çıxış edərək Geologiya fakültəsi üzrə illik elmi hesabatlarla əlaqədar mövcud vəziyyət barədə məlumat verib, bir sıra məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib. Elmi hesabatların müzakirəsi üçün rektorluq tərəfindən fundamental və təbiət elmləri üzrə təşkil olunmuş komissiyanın sədri, Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanov elmi əsərlərin beynəlxalq indeksli jurnallarda çap olunması ilə bağlı ətraflı məlumat verib. Komissiyanın üzvü, Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyevin çıxışından sonra iclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
![]() |
![]() |
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!