“Güclü ideyaları isə güclü təlimlərlə formalaşdırmaq olar”

01/09/2014

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsinin qalibi olmuş, fondun maliyyə dəstəyi ilə 3 gün müddətində həyata keçirilən "Mənim biznes ideyam" layihəsi artıq yekunlaşıb. Layihənin rəhbəri Elşən Abbasov, təlimçisi isə milli Qeyri-hökumət təşkilatları şurasının icraçı direktoru,biznes etikası üzrə ekspert Günel İbrahimdir. Rəhbər, gənc fəallardan biri olan Elşən Abbasovun bizlərə verdiyi müsahibəni təqdim edirik:

Yetərincə öz sözünü demiş tələbələrdən biri olan Elşən  Abbasov kimdir?

-1990-cı ildə Ağdamda dünyaya gəlmişəm. 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuşam. Fəaliyyətimə Tələbə Gənclər Təşkilatında fakültə üzrə müavin olaraq başladım. Qısa zamanda enerjimə, həvəsimə görə kollektivdə və dekanatlıqda  hörmət qazandım. Daha sonralar universitet üzrə TGT sədr müavini, TGT nəzdində fəaliyyət göstərən departamentler üzrə icraçı direktor, debat kulubun fakültə üzrə koordinatoru, sonra daxili əlaqələr departamentinin sədri oldum. ”Azərbaycan –Avropa gənclərinin əməkdaşlığı” ictimai birliyinin resurslar departamentinin rəhbəri, 2013-cü il tədris uğurları, aktiv ictimai fəaliyyət ve liderlik keyfiyyətlərinə görə “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. Heydər Əliyevin 90 illiyinə həsr olunmuş foto musabiqənin - “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” nominasiyasi üzrə 1-ci yerin sahibi,Yasamal rayonunun təşkil etdiyi Xocali soyqırımına həsr olunmuş atıcılıq yarışında 1-ci yerin sahibi, beynəlxalq mədəniyyət festivalinda Azərbaycanın təmsilçisi, ”Azərbaycan-Avropa gənclərinin əməkdaşlığının inkişafı” beynelxalq layihəsində Azərbaycanın təmsilçisi olmuşam. 2013-cü ildə  aktiv uğurlarıma görə ATGTİ-nin  diploma ilə və bir çox başqa diplomlarla təltif olunmuşam. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hər 3 ildən bir keçirilən Gənclər forumunda 2014-cü ildə Yasamal rayonundan nümayəndə seçildim və orada çıxışım zamanı verdiyim təkliflərin ikisi də qanun layihəsi kimi qüvvəyə minməsi üçün qeydə alındı.Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsinin qalibiyəm.

Bir gənc kimi çox uğurla addımlayırsınız, hətta”İlin ən yaxşı tələbəsi” adına da layiq gorülmüsünüz. Bütün bunları necə əldə etmisiniz. Sirr deyilsə bölüşə bilərsiniz?

-İcazənizlə bu sualın cavabına Nekrasovun fikri ilə aydınlıq gətirərdim: ”İnsan iradəsi və əməyi möcüzələr möcüzəsi yaradır”. Təbii ki, mən də öz enerjimə, iradəmə və tükənməz fəaliyyətimə görə bu yerdəyəm. Deyim ki, yorulmuram-Xeyr.Mən də insanam, bir gənc kimi mənim də istirahətə ehtiyacım var. Odur ki, işlərdən yorulduğum vaxtlar da olur (Gülür).

Niyə məhz “Mənim biznes ideyam”?

- Hər bir  cəmiyyət 4 yarımsistemdən ibarətdir: İqtisadi; siyasi; sosial; mədəni. Dövləti güclü edən bütün bu proseslərdir. Bunlar içərisində iqtisadiyyatı güclü edən onun biznesinin güclülüyüdür,biznesi güclü edən biznes ideyalarıdır. Güclü ideyaları isə güclü təlimlərlə formalaşdırmaq olar. Mən də düşündüm ki, ixtisasımla bağlı olaraq dövlətimizin gələcək inkişafında,gələcək biznes ideyalarda bu layihənin böyük önəmi vardır.Gələcək biznesmenlərin ilk bəhrələndiyi ocaqlardan biri bu layihənin olmasıdır kimi düşündüm.

Layihənin tövhəsi nədən ibarət oldu və gənclərdə yarada biləcəyi yeniliklər nədən ibarətdir?

Təbii ki, layihə iştirakçıları çox şey öyrəndilər. Buraya birinci növbədə biznes etika qaydaları, layihələrin formalaşması,yazılması və təqdim olunması sirləri daxildir. Düşünürəm ki,yeniliklər etik qaydalarda oldu. Çünki ilk öncə iştirakçılar sadə etiket qaydalarının mənasını belə bilmirdilər. Sağ olsun Günel xanım. Bu işdə onun rolu çox böyükdür. İnanıram ki, iştirakçılar təlim zamanı etdiyi səhvləri bir daha təkrarlamayacaqlar.

Bir layihə rəhbəri kimi gənclərə məsləhətiniz…

-Məsləhətim ondan ibarət olardı ki, uğursuzluqla, çətinliklə qarşılaşarsa heç vaxt geriyə addım atmasınlar, mübariz olsunlar. Yalnız bir səbəbdən geriyə addım atsınlar; bu səbəbin kökündə irəli getmək dursun. Sizlərə təşəkkürümü bildirirəm...

Mətbuat və informasiya şöbəsi, 1 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!