Futbol çempionatına start verilib

12/04/2014

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət bir komandanın iştirakı ilə futbol və digər idman növləri üzrə yarışların açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təbriklərini çatdırıb. Bildirib ki, bu gün Bakı Dövlət Universitetinin start verilən futbol və digər idman yarışları may ayının əvvəllərində yekunlaşacaq və qaliblərə qiymətli hədiyyələr veriləcək. Rektorun sözlərindən məlum olub ki, «ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar universitetdə bir neçə idman növü ilə yanaşı, bir neçə mühüm tədbirlər də planlaşdırılıb. Bu sıraya elmi konfranslar, simpoziumlar, müsabiqələr bir neçə yeni istifadəyə verilən laboratoriya, kafedraların açılışı daxildir. Bütün bunlara baxmayaraq, kütləvi idman növlərinin – futbol, voleybol, şahmat kimi idman növləri üzrə yarışlara xüsusi önəm veririk. Bu istiqamətdə idmançılara uğurlar arzu edirəm. Qoy güclülər qalib gəlsin».

Rektor son illər idmanın bütün sahələrinin sürətli inkişafından, yeni-yeni idman qurğuları, olimpiya komplekslərinin tikilib istifadəyə verilməsindən, Olimpiya oyunlarında idmançılarımızın Azərbaycanı ləyaqətlə təmsil etməsindən də danışıb və bu uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında görülən böyük işlərin nəticəsi kimi xarakterizə edib.

Digər çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 12 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!