Futbol çempionatına start verildi

13/04/2015

Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-cu ildönümü münasibətilə universitetin 17 fakültəsi arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və son illərdə prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edib.

Rektorun sözlərindən məlum olub ki, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.

Daha sonra dövlət himni səslənib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 11 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!