Fransalı alimlər BDU-da

23/10/2014

BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları AB-nin Tempus Econano layihesi çerçivesinde Fransanin Paris 13 universitetinden professor Andrey Kanayev və həmin universitetin müəllimi Mamadou Trauri 2 hefte (13-24 oktyabr ) müddətində Bakıda olublar. Belə ki, professor Andrey Kanayev  BDU-da Azerbaycan Memarlıq və İnşaat, Qafqaz və Bakı Dövlət universitetlərindən olan 12 seçilmiş tələbəyə postmagistr pilləsi üzrə mühazirələr oxuyub. Bu müddət ərzində Mamadou Truarinin başçılığı altında Azərecolabda suyun və havanın uçucu üzvi tullantılardan təmizlənməsi  mövzusunda laboratoriya işləri aparılıb.

Qeyd edək ki, professor Andrey Kanayev Fransanin Paris13 universitetində “Proseslər və materiallar elmi laboratoriya”-sına 2011-ci ildən bəri rəhbərlik edir. Kimyəvi fizika və materiallar fizikası ,optika və optoelektronika, atom və molekul fizikası sahələrində 70-ə yaxın elmi məqalənin müəllifidir.

Mətbuat və İnformasiya şöbəsi, 23 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!