Flora Hacıyeva qrant layihəsinin qalibi olub

23/01/2014

Bakı Dövlət Universitetinin, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, böyük elmi işçi Flora Hacıyeva İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) maliyyələşdirdiyi dəyəri 10000$ məbləğində olan «The development of technology of formation quantum nanowires in polymer matrices» (Polimer matrislərdə kvant nanonaqillərinin alınma texnologiyasının işlənməsi) qrant layihəsinin qalibi olub. Layihə çərşivəsində ağır ionlarla şüalandırılmış polimer materiallarda kvant naqillərin alınma texnologiyası işlənəcək və bu materiallar əsasında geniş spektral xassələr lüminessent materiallar hazırlanacaqdır. Həmçinin alınmış kvant nanoquruluşalrın polimerlərin üstmolekulyar quruluşunu dəyişməklə onların fiziki kimyəvi xassələrini dəyişmək olacaqdır.

Layihə çərşivəsində avadanlıqlar (sabit sahədə nanostrukturların elektrik xassələrinin öyrənilməsi üçün teraommetr) və təcrübi işlərin yerinə yetirilməsi üçün xüsusi kimyəvi preparatların alınması nəzərdə tutulur. Layihədən alınan elmi nəticələrin elmi məqalə şəklində müxtəlif xarici jurnallarda dərc olunması nəzərdə tutulur.

Mətbuat və İnformasiya şöbəsi, 23 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!