«Fizikanın aktual problemləri» IX respublika elmi konfransı keçirilib

26/12/2016

Bakı Dövlət Universitetinin Fizika fakültəsində «Fizikanın aktual problemləri» IX respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıb. O, Fizika fakültəsinin nailiyyətlərindən bəhs edib. Məlum olub ki, fakültə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyatlarında dərc edilir. Belə ki, 2016-cı ildə universitet alimlərinin 160 məqaləsi Tomson Röyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib ki, onlardan 60-ı Fizika fakültəsinin payına düşür. Prorektor bildirib ki, konfransın plenar iclasında və 6 bölməsində 78 məruzə ilə 130 dan çox məruzəçi çıxış edəcək. 
Sonra Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov fakültədə prioretet istiqamətlər üzrə aparılan elmi işlərdən danışıb. O, qeyd edib ki, növbəti ildən fakültə konfransları beynəlxalq müstəviyə keçərək, daha genış miqyasda keçiriləcək. Dekan xüsusi olaraq qeyd edib ki, Bakı Dövlət Universitetində müəllimlik ixtisasının açılması ilə əlaqədar, əvvəlki konfranslardan fərqli olaraq “Fizikanın tədrisi metodikası” bölməsi də konfransa daxil ediib. 
Sonra plenar məruzəçilər çıxış ediblər. Professor S.Abdullayevin “Müon kollay¬derlərində hiqqs bozonlarin rezonans yaranmasi: ”, Nanomateriallarin kimyəvi fizikası kafedrasının doktorantı S.Nuriyevanın “Kristallaşma temperatur-zaman şəraitinin pp/ag2s əsas¬li nanokompozitlərinin quruluş və xas¬sələrinə təsiri” adlı məruzələri dinlənilib.
Sonda konfrans işini bölmələrdə davam etdirib.
Qeyd edək ki, konfransda Bakı Dövlət Universitetinin, Şamaxı Astrofizika rəsədxanasının, AMEA Fizika İnstitutunun, AMEA Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Milli Aviasiya Akademiyasinın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 26 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!