“Fizikanın aktual problemləri” adlı konfrans keçirilib

26/11/2012

Bu gün Bakı Dövlət Universitetində  “Fizikanın aktual problemləri” adlı növbəti VII  Respublika elmi konfransı keçirilib. Konfransda məruzə üçün   73 iş təqdim edilib. Konfransın işində  BDU-nun alimləri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (12 məruzə), Şamaxı Astrofizika Rəsədxanasının (11 məruzə), AMEA-nın Fizika institunun (2 məruzə) alimləri də iştirakı nəzərdə tutulub.
Konfransı giriş sözü ilə açan rektor  akademik Abel Məhərrəmov   onun işinə uğurlar arzulayıb. O, Fizika fakültəsinin tarixindən, nailiyyətlərindən bəhs edib. Rektor həmçinin  müasir tələblərə cavab verən yeni tədris  laboratoriyalarının  istifadəyə verilməsindən, Yaponiyanın Tokyo Boyko şirkətindən yüksək həssaslığa malik skanedici elektron mikrokopunun və stolüstü rentgen difraktometrinin alınması haqqında məlumat verib. Konfransın plenar iclasında iki çıxış dinlənilib.
Konfrans plenar iclasdan sonra  dörd bölmədə (Nəzəri fizika və astrofizika, Fiziki elektronika və yarımkeçiricilər fizikası, Nanotexnologiyalar və molekulyar fizika, Fizikanın tədrisi üsulları) işini  davam etdirib.

Mətbuat və İnformasiya şöbəsi, 26 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!