Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub

25/12/2015

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın Müasir Problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək. Konfransa respublikanın bütün ali məktəblərindən, AMEA-nın institutlarından məqalələr daxil olduğunu deyən rektor onu da bildirib ki, konfransı 20-yə qədər xarici mütəxəssis onlayn müşahidə edəcək. O da məlum olub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib. Qeyd edək ki, konfrans Opto-, Nanoelektronika, Kondensə olunmuş mühit fizikası, Bioloji sistemlər fizikası, Nəzəri və Riyazi fizika, Yüksək enerjilər fizikası, Astrofizika və Eko elmlər bölmələrində davam edəcək və ümumilikdə 184 məruzə dinləniləcək.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!