Fizika fakültəsinin əməkdaşları İtaliyada konfransda çıxış ediblər

04/10/2017

İtalyanın Roma şəhərində “II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi–NİNE 2017” adlı elmi konfrans keçirilib. Konfrans  İtalya Kimya Mühəndislik Assosiasiyası (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Bakı Dövlət Universitetini Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları - kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.Şirinova və  həmin laboratoriyanın kiçik elmi işçisi Kənan Hüseynov konfransda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıblar. Konfrans müddətində digər ölkə təmsilçiləri ilə elmi diskussiyalar aparılıb və  əməkdaşlıq imkanları müzakirə olunub. Ümumilikdə, konfransda 17-si xarici müəlliflərin olmaqla,  80-dən çox elmi iş təqdim olunub.

Adıçəkilən konfransa Azərbaycandan təqdim edilən (BDU əməkdaşlarının həmmüəllif olduqları) beş məqalənin Thomson Reuters agentliyi tərəfindən indekslənmiş “Chemical Engineering Transaction” jurnalında dərc olunması nəzərdə tutulub. Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının bəzi aspirantlarının ikinci elmi rəhbərləri də La Sapienza universitetinin professorlarıdır.

Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!