Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib

24/10/2017

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib. Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantlarıKönül Əhmədova, İlahə Abdullayeva, Ləman Ağayeva və Günəş Soltanova və Tükazban Kərimova apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.

“Yarımkeçiricilər fizikası” kafedrasının magistrantı Könül Əhmədova  “A3B6 və A3B3C26 tip birləşmələr əsasında diod strukturlarına şüalanmanın təsiri ” (elmi rəhbər: professor Adilə Abasova) İlahə Abdullayeva “ZnCdS:Mn nazik təbəqələrinin fotoelektrik xassələri” (elmi rəhbər: professor Maarif Cəfərov), “Nanohissəciklərin kimyəvi fizikası” kafedrasının magistrantı Ləman Ağayeva “Sleyter funksiyaları bazisində (Au2S)nnanohissəciklərin xassələri” ( elmi rəhbər: dosent Faiq Paşayev), Günəş Soltanova “Elektron-pozitronun toqquşmasında Hiqqs bozonla t və anti t kvark cütünün yaranması” (elmi rəhbər: professor Abdullayev Sərhəddin)  və  “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Tükazban Kərimova “Aşağı ölçülü yarımkeçirici əsaslı elektron sistemlərində spin-orbital qarşılıqlı təsir” (elmi rəhbər: professor İsmayılov Taryel) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb.

physics.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!