Fizika fakültəsində elmi seminar

17/03/2015

Bakı Dövlət Universitetinin Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti, magistrantlar və elmi işçilər iştirak ediblər. Fakültənin dekanı, professor Məmmədəli Ramazanlı artıq ənənə halını almış seminarın əhəmiyyətindən danışıb, məruzəsi dinləniləcək iştirakçılara uğurlar arzu edib. 
Bir neçə magistrantın məruzəsi dinlənildikdən sonra fakültənin dəvəti ilə seminara qatılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Namiq Niftiyev “AB2 X4(A-Mn, Fe, B-Ga, İn, X-S, Se) tipli birləşmələrdə elektron və optik proseslər” mövzusunda məruzə edib. N.Niftiyevin məruzsi maraqla qarşılanıb.
Çoxsaylı sual-cavabdan sonra elmi seminar işini yekunlaşdırıb.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!