Fizika fakültəsində birinci kurslarla görüş

16/09/2016

BDU-nun Fizika fakültəsində I kurs tələbələri  və onların valideynləri ilə görüş keçirilib. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov tələbələri Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Professor  M.Ramazanov universitet, o cümlədən Fizika fakültəsi haqqında ətraflı məlumat verib, təhsil prosesinin keyfiyyətinin yüksək olması üçün tələbələrin məsuliyyəti ilə yanaşı valideynlərin dekanlıqla mütəmadi əlaqə saxlamalarının vacibliyini qeyd edib.

Sonra fakültənin tyutoru Vüsal Məmmədov tələbələrin qruplar üzrə siyahılarını elan edib, onları maraqlandıran suallara cavab verib.

Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!