Filoloq alimlər Kazan şəhərində keçirilmiş Beynəlxalq elmi konfransa qatılıb

19/04/2017

Rusiya Federasiyasının Kazan şəhərində «Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti» mövzusunda I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransa dünyanın müxtəlif ölkələrindən 150-dən çox elm adamı qatılıb. Konfransda Bakı Dövlət Universitetini Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə, Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və «Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova təmsil ediblər. Konfransın plenar iclasında professor Leyla Gərayzadə “Kitabi-Dədə Qorqud” dastanında ozan obrazı”, bölmə iclaslarında isə professor Firuzə Ağayeva «Abay Kunanbayevin etik-pedaqoji baxışları» və filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova «Qədim türk dil mənzərəsinin milli özəlliyi» adlı məruzələrlə çıxış ediblər. Bölmə iclasları başa çatdıqdan sonra konfransın bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin bu müddətdə Tatarstan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi beynəlxalq sərgidə BDU alimlərinin kitabları da nümayiş olunub.

Mətbuat və informasiya şöbəsi, 19 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!