Filologiya fakültəsinin magistrant və tələbələri XI Respublika tələbə Elmi-praktik konfransında uğurla çıxış edib

24/12/2012

Dekabrın 21-22-də Bakı Slavyan Universitetində Tərcümə fakültəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşü­naslığın aktual problemləri” mövzusunda  XI Respublika tələbə Elmi-praktik konfransı keçirilib. Plenar iclasda BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfransı açıq elan etdikdən sonra çıxışlar dinlənilib. BSU-nun Tərcümə fakültəsinin dekanı dosent Seyfəl Həsənov konfrans haqqında ətraflı məlumat verərək bildirib ki, konfransın “Tərcümə nəzəriyyəsi”, “Tərcümə tarixi və praktikası”, “Dilşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mədəniyyətşünaslıq”, “İctimai elmlər” adlı bölmələrində 200-ə qədər tələbə və magistrantın elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin I kurs magistrantı, fakültə TEC-in sədri Ayşən Sadıqlı konfransın plenar iclasında çıxış edib. A.Sadıqlı elmi konfransların respublikamızda elmi potensialın güclənməsinə, tələbə gənclərin həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə xidmət etdiyini deyib. Bu elmi konfrans tələbə və magistrantların fikir mübadiləsi aparması, öz mülahizələrini geniş auditoriyaya çatdırması üçün olduqca əhəmiyyətli olduğunu bildirib.

Magistrant qeyd edib ki, umummilli lider Heydər Əliyevin strategiyasını uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyətdəki rolunu, onun əhəmiyyətini daim yüksək dəyərləndirir. Universitet son illərdə dinamik inkişaf edir. Akademik Abel Məhərrəmovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirlər həyata keçirilir, universitet görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirilmişdir.

A.Sadıqlı onu da bildirib ki, bu uğurlar Filologiya fakültəsində də özünü göstərir. Hörmətli rektorun və fakültə rəhbərliyinin fəaliyyəti ilə fakültədə yeni-yeni işlər görülür, böyük yubiley tədbirləri keçirilir, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin adına auditoriyalar, laboratoriyalar açılır. Tanınmış şairlərin, ədiblərin tez-tez tələbələrlə görüşü təşkil edilir, tələbələrin elmi müzakirələrdə, tədbirlərdə iştirakına geniş yer verilir. O, qeyd edib ki, Bakı Dövlət Universitetinin tələbəsi olaraq bir çox nailiyyətlər qazanmışdır və göstərilən diqqət və qayğını öz təhsili, ictimai fəaliyyətilə daim doğrultmağa çalışır. Oxuduğu müddətdə həmişə müxtəlif elmi məqalə müsabiqələrində, respublika elmi konfranslarında, universitetin müxtəlif tədbirlərində və layihələrində fəal iştirak edir. 2010-cu və 2011-ci illərdə Bakı Dövlət Universiteti üzrə “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülüb. 2011-ci ildə keçirilmiş XVI Respublika fənn Olimpiadasında Azərbaycan dili üzrə III yerin qalibi olub. Müxtəlif nüfuzlu elmi jurnallarda və qəzetlərdə 9 məqaləsi çap olunub.

Çıxışının sonunda A.Sadıqlı universitetin tələbə gənclərinin formalaşmasında ilk növbədə, tələbələrin yaradıcılıq potensialının inkişafı üçün bütün şəraiti yaratmış rektor, akademik Abel Məhərrəmova və konfransın təşkilinə, çıxış etmək üçün şərait yaratdıqlarına görə başda Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev olmaqla zəhməti olan insanlara minnətdarlığını bildirib, bütün tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Magistrant və tələbələr plenar iclasdan sonra konfrans çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda təşkil edilmiş dəyirmi masada da aktiv iştirak edərək, müzakirələrdə iştirak ediblər. Dəyirmi masada azərbaycançılıq ideyasının təşəkkül tapmasında ulu öndərin misilsiz xidmətlərindən söz açılıb. A.Sadıqlı dəyirmi masada umummilli liderin azərbaycançılıq ideologiyasının, dilimizə qayğısının onun məhz ulu öndərin Azərbaycan dilinə olan münasibətini, onun dil siyasətini araşdırmağına təkan verdiyini bildirib. 2011-ci ildə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” adlı kitabı çapdan çıxıb. Tədbirin sonunda BSU-da “Filoloqun kitabxanası – 100” layihəsi çərçivəsində tərcümə olunmuş “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabı A.Sadıqlıya BDU-nun kitabxanasına təqdim etmək üçün verildi.

Dekabrın 22-də konfransın işi qeyd edilən bölmələrdə davam edib. Konfransın bağlanış mərasimində bölmələr üzrə hesabatlar dinlənilib. A.Sadıqlının konfransda iştirakını təşkil etdiyi 6 tələbə və 11 magistrantdan Humay Zamanlı, Rahu Qurbanova, Anar Fərəcov, Pərvin Eyvazov, Ayşən Sadıqlı “Diplom”a layiq görülüblər. Bölmə sədrləri tərəfindən çapa məsləhət görülmüş elmi məruzələrin tezisləri BSU tərəfindən toplu şəklində çap olunacaq.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!