Filologiya fakültəsində Su çərşənbəsi və Hüseyn Cavid yaradıcılığına həsr olunmuş elmi seminar

28/02/2018

Filologiya fakültəsinin Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrası Hüseyn Cavid yaradıcılığına həsr olunmuş Elmi seminar və Su  Çərşənbəsi ilə bağlı tədbir keçirilib. Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tədbiri açıq elan edərək dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanan Hüseyn Cavidin yaradıcılıq yolundan söz açıb. Tədbirdə çıxış edən Hüseyn Cavidin Ev Muzeyinin Elmi-Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva muzeyin gördüyü işlərdən danışıb. “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının magistrantı Aynurə Allahverdiyeva “Hüseyn Cavid və Folklor”, “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının magistrantı Zöhrə İmamverdiyeva  “Cavid yaradıcılığına baxış” adlı məruzələrlə çıxışlar ediblər. Tədbir boyu “Folklor” dərnəyinin üzvləri Cavid Quluyevin, Əliqulu Bədirlinin, Nərminə Xanəliyevanın, Nigar Cəfərzadənin təqdimatında kompozisiyalar göstərilib, aparıcılar Elnur Soltanov  və  Nuranə Rüstəmli  Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı əsas məqamları tamaşaçılara çatdırıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri Cəlal Əliyevin və Zaur Alıyevin ifasında Hüseyn Cavidin sözlərinə yazılmış  mahnılar səsləndirilib. Tədbir İlk Çərşənbəyə  təsadüf etdiyi üçün Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Arzu Məmmədova  bu haqda məlumat verib. Sonda Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova elmi seminarın əhəmiyyətindən söz açaraq  ilk Çərşənbə münasibətilə hər kəsi  təbrik edib.

philology.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!