Filologiya fakültəsində od çərşənbəsi

01/03/2016

Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovanın rəhbərliyi və təşkilatçılığı ilə Novruz bayramının ikinci çərşənbəsi - Od çərşənbəsi qeyd edilib. Aparıcı Gülnar Axundova tədbiri açıq elan etdikdən sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi, fəlsəfə doktoru Könül Həsənovanın hazırladığı səhnəciklər və rəqslər göstərilib. Magistrantların və tələbələrin ifası ilə baş tutan səhnəciklər, Respublikanın əməkdar artisti Fəridə Məlikovanın rəhbərlik etdiyi “Azərbaycan inciləri” ansamblının musiqiləri dinləyicilərin könlünü oxşayıb. Tələbələr arasında keçirilən viktorinada Novruz bayramı adət-əbnənələri ilə bağlı suallar verilib. Tədbirin sonunda qonaqlara bayram şirniyyatları ilə bəzənmiş çay süfrəsi təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!