Filologiya fakültəsində növbəti Elmi Şura keçirilib

22/11/2017

Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Yekun Dövlət İmtahanının sualları, elmi-tədqiqat və tədris-metodiki işlərin vəziyyəti, eləcə də digər cari məsələlər müzakirə olunub, Azərbaycan şifahi xalq ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının illik hesabatları dinlənilib.

İclası açıq elan edən fakültə dekanı, dosent Elçin Məmmədov şura üzvlərini gündəlik məsələlərlə tanış edib, bir sıra vacib məqamlara toxunub. O, akademik Nərgiz Paşayevanın təşəbbüsü və gərgin əməyi nəticəsində Böyük Britaniyada Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətinə dəstək məqsədilə bir sıra işlərin görülməsinin zəruriliyindən söz açıb. Çıxış edən akademik Nizami Cəfərov sözügedən məsələ ətrafında geniş söhbət açıb, akademik Nərgiz Paşayevanın bu istiqamətdəki tarixi xidmətini yüksək qiymətləndirib, fakültə alimlərini mərkəzin fəaliyyət sferasının genişlənməsinə dəstək olmağa çağırıb.

Sonra iclas gündəlik məsələlərin müzakirəsi ilə davam edib. Professor Nizami Xəlilov laboratoriyalarda elmi-tədqiqat işlərinin vəziyyətindən, professor Məhərrəm Məmmədli isə fakültədə dərs prosesinin gedişatından, aparılmış reydlərin nəticələrindən bəhs edib. Daha sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovanın və Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayevanın illik hesabatları dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!