Filologiya fakültəsində Elmi Şuranın 2017-ci il üçün son iclası keçirilib

14/12/2017

Filologiya fakültəsində Elmi Şuranın 2017-ci il üçün son iclası keçirilib. İclasda elmi-tədqiqat işlərinin hesabatları, qış imtahan sessiyasına hazırlıq, IV kurs tələbələrinin tədris təcrübələrinin təşkili, eləcə də digər cari məsələlər müzakirə olunub. Elmi Şurada Elm Tədqiqat Hissəsinin rəisi, dosent İzzət Əfəndiyeva və elmi hesabatların yoxlanılması üzrə rektorluq tərəfindən təşkil olunmuş komissiyanın üzvü, Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov da iştirak edib.

İclası açıq elan edən fakültə dekanı, dosent Elçin Məmmədov şura üzvlərini gündəlik məsələlərlə tanış edib, bir sıra vacib məqamlara toxunub. O, kafedraların və laboratoriyaların illik hesabatları üzrə yekun nəticələri qeyd edib və doktorantların dissertasiya mövzuları ilə əlaqəli problemlərdən söz açıb.

Elm Tədqiqat Hissəsinin rəisi, dosent İzzət Əfəndiyeva çıxış edərək Filologiya fakültəsi üzrə illik elmi hesabatlarla əlaqədar mövcud vəziyyət barədə məlumat verib, bir sıra məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib.

Professor Hacıağa Rüstəmbəyov elmi əsərlərin beynəlxalq indeksli jurnallarda çap olunması, dekan müavini, dosent Cavanşir Muradov isə qış imtahan sessiyasına hazırlıqla bağlı ətraflı məlumat verib.

İclas gündəlik məsələlərin müzakirəsi ilə yekunlaşıb.

philology.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!