Filologiya fakültəsində “Ədəbiyyat”ın baş redaktoru ilə görüş

29/04/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə “Ədəbiyyat” qəzetinin baş redaktoru və yaradıcı heyəti müəllim və tələbələrlə görüşüb. Tədbiri giriş sözü ilə Klassik Azərbaycan ədəbiyyati kafedrasının dosenti Məti Osmanoğlu açaraq tələbələrin yaradıcılıq inkişafına təkan verən bu səpkili görüşlərin ənənəvi olaraq keçirildiyini bildirib. Dekan, dosent Məhərrəm Vəliyev, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq Hüseynoğlu isə çıxışlarında ədəbiyyatin çoxcəhətli inkişafında qəzet və jurnalların, o cümlədən “Ədəbiyyat” qəzetinin  əhəmiyyətindən bəhs ediblər. Sonda çıxış edən baş redaktor Azər Turan fakültə heyətinə təşəkkür edib, “Ədəbiyyat”ın bir köşəsinin  filologiya fakültəsinin yaradıcı tələbələri üçün ayrıldığını qeyd edib, onları maraqlandıran sualları cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 27 Aprel 2016-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!