Filologiya fakültəsində açıq dərs keçirilib

07/11/2016

Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı fənnindən “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs və s.)” mövzusunda açıq dərs keçirilib. Əməkdar mədəniyyət işçisi filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımlı, aşıq Əvəzxan Xankişiyev, aşıq Babək Şakirli dərsdə qonaq qismində iştirak ediblər. Professor Səhər Orucova mühazirəyə giriş edərək tələbələri qonaqlarla tanış edib və dərsin qısa icmalını verib. Filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımlı sazın quruluşu, aşıq şeir şəkilləri haqqında geniş şəkildə məruzə edib. Tələbələr Aşıq Əvəzxan və şagirdi Babəkin simasında ustad-şagird ənənəsi ilə əyani şəkildə tanış olublar. Sonda tələbələr mövzu ilə bağlı məruzəçilərə suallarını verib, təəssüratlarını paylaşıblar.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!