Filologiya fakültəsində 600-dən yuxarı bal toplayan tələbələrə dəstək

06/10/2017

Filologiya fakültəsində 600-dən yuxarı bal toplayan tələbələrə dəstək məqsədilə onlarla görüş keçirilib. Dekan, dosent Elçin Məmmədov tələbələri salamlayaraq universitetin, o cümlədən fakültənin tədris prosesi, elmi mühiti və son illərin nailiyyətləri haqqında məlumat verib, onların elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, fakültədə tələbələrin elmi fəaliyyətlə məşğul olması üçün münbit şərait var. Universitetin elmi-mədəni həyatında aktiv olan tələbələrə rektor, akademik Abel Məhərrəmov daim diqqət və qayğı göstərir, öz istedadı, yaradıcı qabiliyyəti və təhsil göstəriciləri ilə fərqlənən gənclərin irəli getməsi üçün dəstək verir, onların uğur qazanmaları üçün bütün imkanlarını səfərbər edir.

Dekan müavini Cavanşir Muradovun kafedraların fəaliyyəti və elmi istiqaməti haqqında məlumatından sonra “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov Tələbə Elmi Birliyi haqqında danışıb. I kurslar üzrə akademik məsləhətçi Natavan Əliyeva isə tələbələrin elmi-mədəni tədbirlərə qatılmasının əhəmiyyətindən söz açıb.

Sonda tələbələr öz istəkləri ilə müvafiq kafedralara təhkim olunub, onlara elmi rəhbərlər təyin edilib.

philology.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!