Fikrət Əliyev - 65

12/08/2014

Fikrət Əhmədəli oğlu Əliyev 1949-cu il avqust ayının 13-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində ziyalı ailəsində anadan olub. O, 1966-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub.

F.Ə.Əliyev 1971-ci ildə həmin fakültəni bitirərək aspiranturaya daxil olub, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə edib, 1990-cı ildə  isə Moskva şəhərində fizika-riyaziyyat  elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə edib.

O, 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olub, 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində calışır.

F.Ə.Əliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına informatika ixtisası üzrə akademik seçilib.

Onun rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru dissertasiyası müdafiə edilib.

1994-cü ildən F.Əliyevin rəhbərliyi ilə müntəzəm olaraq İnstitutun elmi seminarı keçirilir. Seminarda əcnəbi alimlər, ölkəmizin müxtəlif elmi mərkəzlərində, universitetlərində çalışan alimlər  də elmi məruzələrlə çıxış edirlər.

F.Əliyevin həmbaş redaktorluğu ilə ”Applied and Computational Mathematics” beynəlxalq jurnalı təsis edilmiş və Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına salınıb. Təşkilatın 2014-cü il üçün hesabatına əsasən jurnalın təsir əmsalı 0.697 olub. Qeyd etmək lazımdır ki, bu əmsal nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox Avropa ölkələrində uyğun profildə dərc olunan jurnalların təsir əmsalından artıqdır. Bu jurnal vasitəsilə İnstitut dünyanın 45 ölkəsindən 150-dən çox elmi mərkəzlə əlaqələr qurub. Bundan əlavə o, bir neçə digər nüfuzlu elmi jurnalların redaksiya heyətinin  üzvüdür.

F.Ə. Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse prezidentidir və bu cəmiyyətin yaradılmasında, fəaliyyətində, onun konqreslərinin keçirilməsində müstəsna xidmətləri olub. Cəmiyyətin üçüncü konqresində (Almatı, Qazaxstan) “TWMS Journal of Pure and Applied Mathematics” jurnalın təsisi haqqında qərar qəbul edildi. Bu jurnalın nəşr edilməsi F.Ə. Əliyevin baş redaktorluğu ilə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutuna həvalə edildi.

F.Əliyev  “Control and Optimization with Industrial Applications” Beynəlxalq konfranslar seriyasının həmtəşkilatçısıdır. Bu konfrans Azərbaycan sərhədlərini aşaraq artıq beynəlxalq status alıb. Belə ki, COİA-2011 Bilkənt Universitetində (Türkiyə), COİA-2013 isə Sofiya Texniki Universitetində (Bolqarıstan) keçirilib.

Onun rəhbərliyi ilə İnstitut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrinin  elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. Bu baxımdan Calmers Texnologiyalar  Universiteti, Isvec; ABS-nin Illinois Universiteti, Ukrayna EA  Mexanika İnstitutu, Rusiya EA Mexanikanın Problemləri İnstitutu, Fransanın Nant Universiteti, Avstraliyanın Ballarat Universiteti və s. göstərmək olar. İnstitut bu mötəbər təhsil ocaqları ilə birlikdə müxtəlif simpoziumlar təşkil edib.

F.Ə. Əliyevin birbaşa rəhbərliyi ilə İnstitut əməkdaşları müxtəlif beynəlxalq və yerli təşkilatlardan elmi qrantlar  almış və uğurla başa çatdırıb. Alınmış bir sıra nəzəri və praktiki nəticələr Azərbaycan sənayesinə, xüsisən neft sənayesinin aktual problemlərinin həll olunmasına yönəldilib. Bu istiqamətdə ARDNŞ ilə birgə yerinə yetirilən layihələr xüsusi qeyd olunub.

İnstitutun elmi potensialını nəzərə alaraq AAK-nın əmri ilə onun nəzdində F.Ə. Əliyevin sərdliyi ilə Dissertasiya Şurası təşkil olunmuş  və bu Şurada dissertasiya müdafiələri uğurla keçirilir.

O, müxtəlif tipli optimallaşdırma və idarəetmə məsələlərinin nəzəri və ədədi həlləri üçün yeni və effektiv üsul və metodlar işləyib hazırlanıb. Bu istiqamətdə aldığı nəticələr nüfuzlu jurnallarda çap olunmuş 150-dən çox elmi məqalədə və 15 monoqrafiyada öz əksini tapıb.

Onun Azərbaycan elminin inkişafı və təbliği sahəsində  gördüyü işlər yüksək qiymətləndirilib. F.Ə. Əliyev Azərbaycan Elminin Təbliğindəki xidmətlərinə  görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi “ medalı ilə təltif olunub.

İnstitutun kollektivi akademik Fikrət Əliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona çoxşaxəli elmi və təşkilati fəaliyyətində uğurlar arzulayır.

Mətbuat və informasiya şöbəsi, 12 avqust 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!