Eskişəhər valisi BDU-da olub

19/04/2012

Bu gün Türkiyənin Eskişəhər valisi Qədir Qoçdəmirin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin tarixi, xarici əlaqələri və Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb, bu səfərə böyük əhəmiyyət verdiyini deyib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daimi və əbədi olmasından danışan söz açan rektor bu səfəri əməkdaşlığın gələcək perspektivləri baxımından uğurlu hesab edib.

Vali Qədir Koçdəmir, öz növbəsində,  Əskişəhərin 2013-ci  ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyini və bununla bağlı olaraq Azərbaycanın da iştirak edəcəyi tədbirlərin planlaşdırıldığını qeyd edib. Qonaq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən, habelə Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən danışıb.

Qeyd edək ki, 2011-ci ilin avqust ayında Eskişəhər valisi vəzifəsinə təyin olunan Qədir Qoçdemir “Azərbaycan-Türkiyə arasındakı qardaşlıq əlaqələrinin və Türk mədəniyyətinin inkişafına verdiyi töhfələrinə” görə 2004-ci ildə Azərbaycan Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb.

Azərbaycana etdiyi rəsmi səfər zamanı Qədir Qoçdemir  Gəncəni də ziyarət edib. Səfər zamanı Gəncə və Eskişəhərin qardaşlaşması haqqında protokol imzalanıb.

Mətbuat və Informasiya şöbəsi, 19 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!