“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir”

04/12/2014

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor nitqində Ermənistan Respublikası, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birlikləri və qeyri-hökumət təşkilatlarının 2015-ci ildə qondarma «erməni soyqırımının 100-cü ildönümü»nü çoxsaylı kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşdığını bildirib.

Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri ciddi cəhdlə qondarma «soyqırımı»nın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatların son aylarda daha da fəallaşdığını deyən rektor işğalçı dövlətin  təcavüzkar niyyətlərinin davam etdiyini konfrans iştirakçılarının diqqətinə  çatdırıb.

Konfransda MTN-in Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov “Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistan dövlət siyasəstinin tərkib hissəsidir”, MTN-nin Heydər Əliyev adına Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımov «Təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti», Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudun Sadıqov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər” mövzusunda məruzə ilə çıxış ediblər.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir”

Mətbuat və informasiya şöbəsi, 4 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!