Erasmus+ proqramı çərçivəsində elektron ali təhsil idarəetmə sistemi layihəsinin hazırlıqları başlayıb

18/01/2017

Avropa İttifaqı Erasmus+ proqramı çərçivəsində elektron ali təhsil idarəetmə sistemi layihəsi hazırlıqları çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) tərəfdaş təhsil müəssisələləri ilə görüş təşkil edilib. Görüşdə layihənin hazırlanması prosesində vacib olan tələblərin qiymətləndirilməsi, tərəfdaşların strateji hədəfləri ilə layihənin hədəflərinin müqayisə olunaraq gözlənilən nəticələr müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Ali Təhsil Departamentinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova, Azərbaycan Universitetinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Bədəlov, Bakı Dövlət Universitetinin Beynəlxalq Layihələrşöbəsinin rəhbəri Elmira İsmayılova, Mingəçevir Dövlət Universitetinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Samirə Əhmədova, Azərbaycan Dövlət Aqrar Universitetinin İnformasiya Texnologiya Şöbəsinin aparıcı mühəndisi Etibar Verdiyev, Azərbaycan Texnologiya Universitetinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Tacəddin Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin Elm və Araşdırma şöbəsinin rəhbəri Qahirə Məmmədova və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.

İştirakçılar layihə barədə ətraflı məlumat veriblər. Məlum olub ki, Bakı Ali Neft Məktəbi tərəfindən hazırlanacaq elektron universitet idarəetmə sisteminin Avropa təcrübəsindən istifadə edərək təkmilləşdirilməsi və digər ali təhsil müəssisələrində tətbiqi nəzərdə tutulub. Pilot layihə kimi təklif edilən sistem Avropadan olan dörd tərəfdaş ali təhsil müəssisəsi – Polşanın Texnologiya və Təbiət Elmləri Universiteti, Latviyanın Riqa Texniki Universiteti, İtaliyanın Genoa Universiteti, Böyük Britaniyanın Middlesex Universiteti və Azərbaycandan olan 16 ali təhsil müəssisəsinin iştirakı ilə həyata keçiriləcək. Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan RespublikasıTəhsil Nazirliyi layihənin nəticəsi olaraq qurulacaq sistemin təhsil haqqında qanunun normalarına uyğun olaraq tətbiq edilməsi prosesində yaxından iştirak edəcək. Qeyd edək ki, pilot layihənin uğurla nəticələndiyi halda əldə edilmiş təcrübə Təhsil Nazirliyinin dəstəyi ilə layihədə tərəfdaş olmayan digər Azərbaycan universitetlərində də tətbiq edilməsi nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!