EONANO TEMPUS layihəsinin I mərhələsi başa çatıb

26/01/2015

İtaliyanın Sapienza Roma Universitetinin  koordinatorluğu ilə Bakı Dövlət Universitetində həyta keçirilən EONANO TEMPUS layihəsinin I mərhələsi başa çatıb. Bu mərhələdə ECONANO tələbələrinə 3 ay müddətində 6 moduldan ibarət  9 fənndən, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən mühazirələr oxunub, praktiki məşğələlər və laboratoriya dərsləri keçilib. Yanvarın 21-22-də Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürüb. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən 9 nəfər İtaliyanın Sapienza Roma, 2 nəfər Yunanıstanın Patras və 1 nəfər Fransanın Paris 13 Universitetinə 3 ay müddətində oxumaq üçün seçilib. Tələbələrin təhsili ECONANO layihəsinin maliyə dəstəyi ilə həyata keçiriləcək. Professor Luka Di Palma ECONANO layihəsinin icrasının müvəffəqiyyətlə keçməsinə şərait yaratığına görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, layihənin Azərbaycan üzrə koordinatoru, professor Məmmədəli Ramazanova və layihədə iştirak edən professor və müəllimlərə öz təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 26 yanvar 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!